Şənbə , Dekabr 7 2024
azfa

Polşanın müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazieliyinə çağırıldı

GADTB: 28 noyabr 2024-cü il tarixində Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı, Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib.

Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə alət kimi geniş şəkildə sui-istifadə olunduğu xatırlanıb.

Bu təxribatın Azərbaycan-Polşa münasibətlərinə zidd olduğu, Azərbaycanın legitim təhlükəsizlik maraqlarına təsir edən bu kimi addımlardan çəkinməyin zəruri olduğu diqqətə çatdırılıb.

Həmçinin yoxlayın

Azərbaycanda I Türkoloji qurultayın 100 illiyi qeyd ediləcək

GADTB: Azərbaycanda I Türkoloji qurultayın 100 illiyi qeyd ediləcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının …

Molla rejimin məmurları təbrizli yeniyetmənin evinə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT İdarəsinin əməkdaşları Təbrizdə 17 …