Çərşənbə axşamı , Yanvar 21 2025
azfa

Putinə bağlı rus muzdluların dəhşətli cinayətləri üzə çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransanın RFİ nəşri Mərkəzi Afrika Respublikasındakı Putinə bağlı rusiyalı muzdluların cinayətləri barədə araşdırma yayımlayıb.

Araşdırmada ölkədə hökumət tərəfində “Vaqner” özəl hərbi şirkəti daxil olmaqla, üç Rusiya qruplaşmasının fəaliyyət göstərdiyi bildirilib. RFİ rus muzdluların dinc sakinlərin qarətində, fevral ayında dinc sakinlərin məsciddə öldürülməsində, 24 yaşlı qızın qrup şəklində zorlanmasında iştirak etdiyini vurğulayıb.

Rusiya hərbçilərinin aprel ayında məhkəmədənkənar, ümumilikdə 26 edam və 5 qrup zorlaması həyata keçirdikləri də bildirilir.

Həmçinin yoxlayın

40 milyon azərbaycanlını bütün insani hüquqlarından məhrum edən molla rejimi Azərbaycanın daxili işlərinə qarışmaqda davam edir

GADTB: İrqçi fars-molla rejimi 40 milyon azərbaycanlını bütün insani hüquqlarından məhrum etməsi bəs deyil, Azərbaycan …

Təbrizdə molla rejimin Vətəndaşlıq Vəziyyətinin Qeydiyyatı İdarəsi körpənin adını zorla “Ayman” yerinə “İman” yazıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Təbrizdə Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi …