GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Soçi görüşündə Qarabağ məsələsini də müzakirə edib.
Rusiya KİV xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov Putinin məsələ ilə bağlı mövqeyini Ərdoğana açıqladığını söyləyib.
“Təbii ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi barədə də söz düşüb. Rusiya tərəfi sərhədlərin delimitasiyası və nəqliyyat infrastrukturlarının inkişafı üçün kompromis qərarların tapılmasının vacibliyi vurğulanıb”.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası proseduru Qazaxın işğal altındakı 7, Naxçıvanın isə 1 kəndinin Azərbaycana qaytarılmasını nəzərdə tutur. Nəqliyyat infrastrukturunun inkişafı isə üçtərəfli razılaşmada qeyd olunduğu kimi Azərbaycanın qalan əraziləri ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edir.