Cümə , Sentyabr 20 2024
azfa

Qərb ölkələri Azərbaycandan PUA təcrübəsini mənimsəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycanın pilotsuz uçuş aparatlarından uğurla istifadə etməsi bütün dünyanın hərbi rəhbərliklərinin diqqətini cəlb edib və daha az istismarda olan ucuz, həmçinin sadə PUA-lara keçidi sürətləndirib.

Bu barədə “Vaşinqton Tayms” məqalə dərc edib.

Məqalədə bildirilir ki, münaqişədən sonra Qərb dövlətləri, xüsusilə də Böyük Britaniya pilotsuz uçuş aparatlarından istifadə strategiyalarının tezliklə dəyişəcəyini bəyan ediblər.

“Dağlıq Qarabağ münaqişəsində rolu olan “Bayraqdar TB2″ PUA-ları düşmənin hədəfə alınması və məhv edilməsi baxımından özünü doğruldub. İdentifikasiya məlumatlarının təqdim edilməsindən başqa, TB2 həmçinin hədəflərin müstəqil şəkildə məhv edilməsi üçün mikroistiqamətləndirmə edən “ağıllı” sursatlarla təchiz olunub.

Azərbaycan TB2-də quraşdırılan yüksək keyfiyyətli kameralardan da səmərəli istifadə edib”, – materialda qeyd olunub

Nəşrin yazdığına görə, hərbi ekspertlər belə qənaətə gəliblər ki, pilotsuz uçuş aparatları oyun qaydalarını dəyişib və Ermənistana seçim qoymayıb.

Həmçinin yoxlayın

”Bayraktar Kızılelma” növbəti uçuşunu uğurla həyata keçirdi

GADTB: ”Bayraktar Kızılelma”nın üçüncü prototipinin sınaqları davam edir. “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar pilotsuz …

Milla rejimi İrəvanda ilk xarici ticarət mərkəzini açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 1-də Ermənistanın paytaxtı İrəvanda İranın xaricdəki ilk …