Bazar ertəsi , Yanvar 20 2025
azfa

Qərbi Azərbaycan əyalətinə yeni vali təyin edildi

İran hökumətinin sözçüsü Fatimə Mühaciraninin açıqlamasına əsasən, Nazirlər Kabinetinin bugünkü iclasında Rza Rəhmani Qərbi Azərbaycanın əyalətinin valisi təyin olunub.

Azərbaycan türkü olan Rza Rəhmani Təbrizdə dünyaya gəlib. Rəhmani Sənaye və Mədən Universitetində idarəçilik üzrə doktorluq dərəcəsi alıb və Təbriz şəhərinin İran parlamentindəki təmsilçisi olub. O, bir müddət İranın sənaye, mədən və ticarət naziri vəzifəsində də çalışıb.

Azərbaycanlı siyasətçi eyni zamanda Sənaye, Mədən və Ticarət nazirinin müavini və Milli Mis Sənayesi Şirkətinin Direktorlar Şurasının sədri vəzifəsini yerinə yetirib.

Qeyd edək ki, miliyyətcə kürd olan keçmiş vali Məhəmməd Sadiq Mötəmedianın Tehran əyalətinə vali təyin edilməsindən sonra, Qərbi Azərbaycana vali təyinatı bir neçə dəfə gecikib.

İki ay ərzində əyalətdə 3 dəfə vali təyn edilsə də, onlar bu vəzifədə qısa müddət qala biliblər.

Bu, Qərbi Azərbaycan əyalətindən İran parlametinə göndərlən kürd millət vəkillərinin və onların himayəçilərinin təxribatçı fəaliyyətləri nəticəsində başverib.

Kürd millət vəkilləri, Qərbi Azərbaycan əyalətinə torpaq iddiasında olan kürd qruplaşmaları və onların hakimiyyətdəki dəstəkçiləri əyalətə kürd valinin təyin edilməsinə çalışıblar.

Bu isə türk əhali və bir neçə türk millət vəkilinin etirazlarına səbəb olub, məsələ İran parlamentində də müzakirəyə çıxarılıb.

Həmçinin yoxlayın

Molla rejimin Apellyasiya Məhkəməsi həbsdə saxladıqları azərbaycanlı vəkilə verdikdləri həbs cəzasını qüvvədə saxlayıblar

GADTB: irqçi fars-molla rejimin Apellyasiya Məhkəməsi həbsdə saxladıqları azərbaycanlı vəkilə verdikdləri həbs cəzasını qüvvədə saxlayıblar. …

Türkiyənin “Bayraktar TB3” PUA-sından yeni uğur

GADTB: Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilən “Bayraktar TB3” silahlı PUA  “PT-3” və “MAM-T” tipli …