Çərşənbə axşamı , İyun 18 2024
azfa

Qərbi Azərbaycan İcması Çexiya parlamentinin qərəzli qətnaməsini pislədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan İcması Çexiya parlamentinin qəbul etdiyi qərəzli qətnaməni və onun son vaxtlar bəzi dairələrin apardığı anti-Azərbaycan kampaniyasının alətinə çevrilməsini pisləyir.

Bu barədə İcmanın bəyanatında qeyd edilib.

“Çex parlamenti Azərbaycanı “Qarabağda yerli əhali ilə davranışı müşahidə etmək üçün beynəlxalq müşahidəçilərin bölgəyə girişinə imkan verməyə və tarixi və dini abidələri qorumağa” çağırır.

Qoy, çex parlamenti Azərbaycana görə “narahat” olmasın və beynəlxalq müşahidəçiləri daim sıxışdırılan, aşağılanan qaraçılara (Roma və sintilər) görə öz ölkəsinə dəvət etsin və İkinci Dünya Müharibəsinə aid abidələrin dağıdılması və təhqir edilməsi kimi məsələlərə münasibət bildirsin”, – bəyanatda vurğulanıb.

Həmçinin yoxlayın

Sosial çəbəkələrdə azərbaycanlı milli fəalın əsərləri yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin 5 aya yaxındır Tehranın Evin …

Fransa Ermənistana daha güclü silahlar verməklə bu ölkəni müharibəyə sövq edir- Video

GADTB: Fransa Ermənistana SEZAR (CAESAR) haubitsalarını verəcək. Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu X …