Qərbi Azərbaycan icmasından ABŞ səfirinə cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan İcması ABŞ-ın Ermənistandakı səfirinin bəyanatına cavab verib.

İcmanın açıqlamasında deyilir:

“Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsini qaldırıb və bu məsələnin qapanmadığını bildirib.Qayıdış hüququndan danışan səfir ilk növbədə akkreditə olunduğu ölkədə bu sahədə vəziyyətə dair fikrini bildirməlidir. Görəsən səfir Kvien Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdış hüququnun Ermənistan tərəfindən təmin edilməməsi barədə niyə bir dəfə də olsun danışmayıb?”

Biz ABŞ hökumətinə bir daha müraciət edərək, onu Ermənistandan qovulmuş azərbaycanlılara qarşı etnik və dini zəmində ayrı-seçkiliyə son verməyə və onların sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə geri qayıtmalarına dəstək verməyə çağırırıq”, – açıqlamada bildirilir.

Həmçinin yoxlayın

Molla rejimi həbs eydiyi azərbaycanlı milli fəalın həyat yoldaşını da ETTELAAT İdarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi mayın 15-də Kərəc şəhərində həbs …

Türkiyənin Avropada ikinci güclü orduya malik olduğu açıqlamndı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Ordusunun Avropada ikinci və NATO-da üçüncü ən …