Cümə , Sentyabr 13 2024
azfa

Qətliamla etirazları yatıra bilməyən Banqladeş baş naziri Şeyx Hasina ölkədən qaçdı

GADTB: Banqladeşdə Baş nazir Şeyx Hasinanın istefa etməsini tələb edən minlərlə nümayişçi ilə polis arasında yaşanan qarşıdurma nəticəsində 93 nəfər həyatını itirib.

Baş nazir Seyx Hasininin istefa etməsini tələb edən minlərlə adam küçələrə axışıb. Aksiya zamanı hökumət əleyhinə şüarlar səsləndirən nümayişçilərlə polis arasında qarşıdurma olub. Polisin nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməsi nəticəsində 200-ə yaxın adam da yaralanıb.

Şeyx Hasina etiraz adı altında zorakılığa əl atanları “terrorçu” adlandırıb və hökumətin “cinayətkarlara” qarşı sərt tədbirlər görəcəyi ilə bağlı xəbərdarlıq edib.

Lakin bunların heç biri ilə etirazları yatıra bilməyən baş nazir bütün ölkə əhalisinin ayağa qalxması qarşısında aciz qalaraq, helikopterlə ölkədən Hindistana qaçıb. Artıq baş nazirin iqamətgahı və bütün ölkə əhalinin əlinə keçib.

Həmçinin yoxlayın

Türkiyə “Oruç Rəis”i Somaliyə göndərir

GADTB: Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb Türkiyənin “Oruç Rəis” araşdırma …

Suriya mediası: İsrail ölkənin dərinliklərinə qoşun yeritdi və iran silahlıları əsir götürdü

GADTB: Sentyabrın 9-na keçən gecə İsrail qırıcıları Suriyanın mərkəzindəki Həma əyalətinin Məsyaf bölgəsinə enərək quru …