Çərşənbə , Aprel 30 2025
azfa

Qəzvində Kürün kəndnin sakinlərindən bəyənilən addım

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qəzvin bölgəsində Kürün kəndinin sakinləri kəndin girişindəki lövhədə ərazinin tarixi Azərbaycan türkcəsində adı yazılan lövhə quraşdırıblar.

Onlar bununla həmin kəndin tarixi adını qaytarıblar.

İran rəsmiləri minlərlə kəndin və coğrafi yerin Azərbaycan türkcəsndə olan adını dəyişdiyi kimi, bu kəndin də adını təhrif edərək “Cövhərin” qoymuşdular. Kənd sakinləri buna etiraz olaraq, həm Azərbaycan türkcəsi, həm də ingilis dilində qarşılama lövhəsi hazırlayıb və kəndin də tarixi adını qaytarıblar.

Qeyd edək ki, Kürün kəndi Qəzvindən 45 kilometr cənub-qərbdə yerləşir və Ərdəq şəhərinə bağlıdır.

Həmçinin yoxlayın

Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak etdi

GADTB: Türkiyənin Marmaris şəhərində keçirilmiş KURTARAN-2025 sualtı axtarış və xilasetmə təlimlərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin …

Pezeşkianın Bakıya səfərindən öncə İran Azərbaycana qarşı tədbir keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkianın Bakıya səfərindən öncə aprelin 24-də İranın Qum …