Cümə , Sentyabr 20 2024
azfa

Qəzvində pulları mənimsəlinən əhali etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qəzvin bölgəsində yerləşən Takistanda avqustun 9-da etiraz aksiyası keçiriib.

“Təravət Novin” Avtomobil Şirkəti tərəfindən pulları mənimsənilən Takistan əhalisi şəhər qubernatorluğu qarşısına toplaşıblar.

Aksiya yerinə polis qüvvələrinin cəlb olunmasından sonra etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər.

Etiraz edən əhali dövlətin himayəsində olan avtomobil şirkətinin çox sayda vətəndaşın pulunu almasına baxmayaraq, illərdir avtomobillərini təhvil vermədiyinə etiraz ediblər.

Qeyd edək ki, son aylarda bir aldadılan əhali neçə dəfə aksiya keçirsə də, qəzvinlilərin nə avtomobilləri, nə də pulları verilmir.

Həmçinin yoxlayın

Qeyri-yerli rəis Güney Azərbaycanın Tikantəpə bölgəsində tarixi əsəri dağıdır

GADTB: Güney Azərbaycanın Tikantəpə (Tikab) bölgəsində yerləşən tarixi Dev zindanı (Zindan dağı) bölgəsi molla rejimin …

Təbrizdə Heydərbabaya Salam operetta tamaşası nümayiş etdirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 15-dən Təbrizdə Heydərbabaya Salam operettası nümayiş etdirilir. …