Cümə , Sentyabr 18 2026
azfa

Qərbi Azərbaycan valisi Azərbaycanın qızıl sərvətlərinin talanmasını ifşa etdi

GADTB: Qərbi Azərbaycan valisi Rza Rəhmani Azərbaycanın qızıl sərvətlərinin talanmasını ifşa edb.

O, Tikantəpə qızıl mədənlərinin talan edilməsini və şəhərin ağır məhrumiyyətlərə məruz qaldığını etiraf edib.

Rəhmani deyib: “Tikantəpə mədənlərindən 2000 kiloqramdan çox qızıl çıxarılıb, ancaq biz buəyalətin hələ də yoxsulluq içində olduğunu görürük. Əyalətdə 18 qızıl sahəsi var və bəlkə də bu mədənlərdən 50 tondan çox qızıl çıxarmaq olar. Qərbi Azərbaycan faydalı qazıntı ehtiyatlarına görə ölkədə 6-cı, müxtəlifliyə görə isə üçüncü yerdədir.”

Bu mədənlərin Tehran tərəfindən talan edilməsinə, Azərbaycan xalqının bu mədənlərin qazancından məhrum edilməsinə və mədənçilərin törətdiyi geniş ekoloji fəlakətə baxmayaraq, Rza Rəhmani Qərbi Azərbaycanda mədən işlərinin artırılmasına çağırış edib.

Qeyd edək ki, Yaxın Şərqin ən böyük qızıl mədənləri olan Zərəşoran və Ağdərə qızıl mədənləri Azərbaycanın Tikantəpə şəhərində yerləşir və bu şəhərdə 80-dən çox daş mədəni fəaliyyət göstərir. Lakin bu zəngin ehtiyatlara baxmayaraq, Tikantəpə ölkənin 31 ən kasıb şəhəri sırasındadır.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …