Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Qəzvində 18 yaşlı azərbaycanlı şagird Şəqayiq Əfşar Nəcəfi 9 il həbs və əlavə cəzalara məhkum edilib

GADTB: Qəzvin şəhərindən olan 18 yaşlı azərbaycanlı fotoqraf və şagird Şəqayiq Əfşar Nəcəfi Qəzvin İnqilab Məhkəməsinin ikinci şöbəsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Əlavə olaraq ona 2 il ölkədən çıxış qadağası, 6 ay Qəzvin bələdiyyəsində ödənişsiz ictimai xidmət, dövlət və ictimai xidmətlərdən ömürlük məhrum edilmə cəzası verilib.

Məhkəmə, həmçinin onun mobil telefonunun, telefon xəttinin və noutbukunun dövlətin xeyrinə müsadirə edilməsinə qərar verib.

Cəzaların birləşdirilməsi qaydasına əsasən, bu vətəndaş barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası icra olunacaq və onun əvvəlki həbsdə keçirdiyi müddət nəzərə alınacaq.

Şəqayiq Əfşar Nəcəfi “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il, “düşmən dövlətlərlə əməkdaşlıq” ittihamı ilə 3 il, “rejimə qarşı təbliğat” ittihamı ilə isə 1 il müddətinə azadlıqdan məhrum edilib. Sonuncu ittiham onun sosial mediada milli təhlükəsizliyə qarşı fəaliyyət göstərməsi və xaricdəki mediaya görüntü və video faylları göndərməklə İsrailə dəstək verməsi ilə əlaqələndirilib.

Məhkəmədə Şəqayiq Əfşar Nəcəfinin məhkum edilməsinin əsasları sırasında SEPAH-ın Kəşfiyyat Təşkilatının hesabatı və Dey ayında keçirilən etirazlarda iştirakı göstərilib.

Azərbaycanlı şagird 14 fevral 2026-cı ildə hökumət qüvvələri tərəfindən evində həbs edilib. Əvvəlcə Kəşfiyyat İdarəsinin təcridxanasına, bir gün sonra isə Qəzvinin Çubin­der həbsxanasına köçürülüb.

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …