Bazar ertəsi , May 20 2024
azfa

Qəzzanı güdəzə verən İran Türk dövlətlərinə qarşı qərəzli təbliğata başlayıb

GADTB: Türkiyənin Tehran səfirliyinin önündə aksiya keçirilib: Azərbaycan və Türkiyə də daxil olmaqla, bir sıra ölkələri (Qazaxıstan, İordaniya, Misir, Nigeriya) “İsrailin Qəzzadakı qətliamına dəstək verməkdə” ittiham ediblər.

İranda belə aksiyaların, xüsusilə İsraillə bağlı olanların rejimin özü tərəfindən təşkil edildiyi bəllidir. Halbuki nə Bakı, nə də Ankara Qəzzadakı qətliama dəstək verəcək heç bir addım atmayıb. Türkiyə isə islam dünyasında Qəzzaya görə fəallıq göstərən əsas ölkədir. Bu, İranı narahat edir və belə aksiyalarla ictimai rəyi manipulyasiya etməyə çalışır.

– Bakıya qarşı “İsraillə yaxınlıq” ittihamını rəsmi ritorikada zəiflətsələr də, ictimai rəy üzərindən davam etdirirlər;

– Ankaranın fələstinlilərə dəstəyi haqda mənfi fikir formalaşdırırlar;

– Bununla “Fələstin məsələsini” monopoliyada saxlamağa çalışırlar.

Və hər cümə “İsraili məhv edəcəklərini” bəyan etsə də, Qəzzanın bombalanması qarşısında ritorik mövqe sərgiləməkdən başqa heç bir addım atmayıb. Çünki İran Fələstin məsələsinə islam dünyasında mövqelərini gücləndirmək üçün istifadə etdiyi alət olaraq görür. Qəzzanı bombalayan İsrail olsa da, İranda müsəlman ölkələrinə qarşı etirazın keçirilməsi bu bir daha isbat etdi. İsrailin 10 mindən çox insanın öldüyü Qəzzaya hücumuna əsası da İranın dəstəklədiyi HƏMAS yaratdı.

Həmçinin yoxlayın

Türkiyə XİN: ”Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşür”

GADTB: Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşdüyünü açıqlayıb. Türkiyə Xarici İşlər Nazirliyi …

Molla rejimi helikopter qəzasına görə azərbaycanlı gənci həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi helikopter qəzasına görə azərbaycanlı gənci …