Cümə , Sentyabr 18 2026
azfa

Qacarlar dövrünə aid Gülüstan sarayında rəsm əsəri eybəcər şəkildə bərpa edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, qacarlar və ümumiyyətlə türklərin irsinə laqeyd yanaşan irqçi fars-molla rejimi Gülüstan sarayında Qacarlar dövrünə aid rəsm əsəri bərpa adı ilə tanınmaz hala salıblar.

Həmmihan qəzeti bu barədə məlumat yayaraq, tarixi əsərin bərpasından əvvəlki və sonrakı görüntüləri paylaşaraq bu bərpanı “fəlakət” adlandırın.

Bərpaçılar Dərnəyinin rəhbəri Fəthullah Niyazi məsələ ilə bağlı Həmmihan qəzetinə danışıb: “Podratçıların seçilməsində rəsmi olmayan qurumlar və mafialar iştirak edir. Nəticədə mütəxəssis olmayan insanlar şəxsi əlaqələrdən istifadə edərək təmir layihələrini öz üzərlərinə götürürlər.” – deyə Fəthullah Niyazi bildirib.

“Gülistan Sarayı” kompleksinin müdiri Afərin İmami isə yayılan şəkillə bağlı bunları deyib: “Əvvəlki administrasiyalar zamanı bu hissə çıxarılıb və onun üçün yeni sərhəd tikilib”.

O, həmçinin deyib: “Bu bərpa yeni dizaynın orijinala bənzəməməsinə və orijinal əsərin surətinin yaranmasının qarşısını almaq üçün yalnız sxematik şəkildə yerinə yetirilməsinə çalışılıb”.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …