Qadınlar molla rejimin hicab zorakılığına qarşı dirənməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi yenidən qadınlara məcburi hicaba görə vəhşilik etməyə davam edir. Bu isə qadınların ciddi dirənişi ilə qarşılaşıb.

Artıq Azərbaycan şəhərləri də daxil olmaqla bir çox şəhərdə əhali ilə rejimin məmurları arasında toqquşmalar qeydə alınıb. Artıq çox sayda qadının təzyiqlərə məruz qaldığı bildirilir.

Sosial şəbəkələrdə paylaşılan videoya görə, ötən gecə Şiraz şəhərində hökumət muzdluları məcburi hicab qaydalarına riayət etməyən iki gənc qadına müdaxilə ediblər. Cəsur qadınlar isə onlardan qorxmadıqlarını göstəriblər.

Sosial media istifadəçiləri bu videoya şərh bildirərək qeyd ediblər ki, İran hökuməti İsraillə müharibə apara bilmədikdən sonra rejimin qüvvələrini qadınların üzərinə salıb.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalları məhkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində …

Azərbaycan fəal Əsgər Fərəcinin Evin zindanında son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında cəza çəkən azərbaycanlı fəal Əsgər Fərəci …