Şənbə , Aprel 20 2024
azfa

Qarabağ zəfərindən sonra Sisi sakitcə Liviyadan Türkiyəyə qarşı gətirdiyi tankları geri çəkdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Liviya ilə sərhədə yerləşdirilən Misir tankları artıq geri çəkilməyə başlayıb.

“Sirt və Cufra bizim qırmızı xəttimizdir” deyən Misir Prezidenti Əbdülfəttah Sisinin artıq ordunu geri çəkmək qərarı aldığı, hətta Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan əleyhinə mediada yazıların dərc edilməməsi barədə tapşırıq verdiyi iddia olunub. Misirin dövlət televiziyası və özəl mediasının Türkiyə əleyhinə xəbərləri azaltdığı da müşahidə olunur.

Qarabağ müharibəsində Türkiyənin açıq şəkildə həm siyasi, həm mənəvi dəstək verdiyi Azərbaycanın qələbə qazanmasından sonra Səudiyyə Ərəbistanının Ankara ilə münasibətləri yumşaltmağa çalışdığı, Liviyada Haftarı dəstəkləyən Sisinin isə “səssiz”liyə qərq olduğu vurğulanıb:

“Qarabağ müharibəsindəki bu nəticə Misir ordusunun da eyni məğlubiyyəti alacağını göstərdi. Tanklar və raketlərlə “şou” göstərən Misir rəqabət aparmağa çalışarsa, Qarabağdakı kimi PUA-ların qəzəbinə tuş gələ bilər”.

Qeyd edək ki, Misir Prezidenti Sisinin Türkiyə lideri Ərdoğan əleyhinə təbliğat aparılmaması barədə tapşırıq verdiyi haqda bir müddət öncə məlumat yayılmışdı.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın