Şənbə , Oktyabr 16 2021
azfa

Qarabağa İran rejiminin təhlükəsizlik orqanının yük maşınlarını göndərdiyi üzə çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın ETTELAAT İdarəsinə bağlı şirkətin qanunsuz şəkildə Qarabağa mal daşıması ifşa edilib.

Məlum olub ki, Qarabağa qanunsuz yük daşıyan yük maşınlarına icazə kağızları verən şəxs “Şəhab Səhər Azər” şirkətinin icraçı dirrektoru Möhsün Şeyxludur.

Həmin şəxs isə İran dövlətinin Şərqi Azərbaycandakı bir neçə dövlət qurumu və şirkətin rəhbərliyində təmsil olunur.

Möhsün Şeyxlu Güney Azərbaycanının Culfa şəhərindəki İranın keçmiş ETTELAAT rəhbəri Hacı Əli Şeyxlunun oğludur.

Qarabağa qanunsuz olaraq yanacaq və başqa mallar daşıyan yük maşınlarının çoxunun məhsulu və mənbəyi fars əyalətlərindən olsa da rejim qəsdən Azərbaycanda yerləşən şirkətləri ilə daşıyıb və Azərbaycanın quzeyi ilə güney arasında inciklik yaratmağa çalışır.

Həmçinin yoxlayın

İran rejiminin həbs etdiyi azərbaycanlı jurnalistlərdən xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Güney Azərbaycanın Kəleybər …

Zəncandan Təbrizə Azərbaycan uğrunda anlamlı dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan şəhərində bir qrup azərbaycanlı milli …