Bazar , Dekabr 22 2024
azfa

Qarabağda separatçı qurum özünü ləğv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xankəndidəki qondarma “artsax respublikası” rəsmi olaraq ləğv edildi.

Bu barədə qondarma “artsax respublikasının” “prezidenti” Samvel Şahramanyan “fərman” imzalayıb.

“Fərmanda” deyilir:

1. 2024-cü il yanvarın 1-dək “artsax respublikası”nın tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və “artsax respublikası”nın mövcudluğu dayandırılsın;

2. Qarabağın erməni əhalisi, o cümlədən “respublikadan” kənarda yerləşən əhali bu “fərman” qüvvəyə mindikdən sonra gələcəkdə Qarabağda qalma (qayıtmaq) mümkünlüyü haqqında müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.

Bu “fərman” dərc edildikdən dərhal sonra qüvvəyə minir.

Həmçinin yoxlayın

Pezeşkian dəyərsizləşmiş rialı dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkian İranda puldan 4 sıfırın silinməsi və rialın …

Zülmə məruz qalan Qaşqay türkləri Güney Azərbaycandan dəstək istədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri geyim və mədəniyyətlərinə qarşı tətbiq edilən …