Cümə axşamı , Noyabr 7 2024
azfa

Qarabağdakı Rusiya sülhməramlılarının taleyi Azərbaycanla müzakirə olunur

GADTB: Rusiya sülhməramlıların Qarabağda qalması ilə bağlı məsələləri Azərbaycan tərəfi ilə müzakirə edir. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Onun sözlərinə görə, məsələnin müzakirəsi Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycana aid olduğunu etiraf etmək qərarından sonra intensivləşib.

“Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 9-dakı üçtərəfli bəyanatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi zonasında yerləşdirilib”, – diplomat xatırladıb.

O qeyd edib ki, bu sənədi heç kim ləğv etməyib. “Bu, sülhməramlılarımızın bölgədə 5 il, yəni 2025 – ci ilin noyabr ayına qədər və sonra daha da uzadılması ehtimalı ilə yerləşməsini nəzərdə tutur”, – Qaluzin deyib.

O, etiraf edib ki, “yer üzündə” vəziyyət Ermənistanın Qarabağla bağlı Avropa İttifağının himayəsi altında keçirilən sammitlərdə təsbit olunmuş qərarından sonra kəskin şəkildə dəyişib.

“İndi sülhməramlıların Qarabağda qalması ilə bağlı məsələlərə yalnız Azərbaycan tərəfi ilə baxılır”, – diplomat vurğulayıb.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının liderlərinin 12-ci sammiti Azərbaycanda keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin 12-ci …

Molla rejimi beynəlxalq terrorçu və narkotik alverçisi Naci Şərifi Zindəştiyə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi beynəlxalq terrorçu və narkotik alverçisi …