Şənbə , İyul 18 2026
azfa

Qaradağ meşələri məhv edilməkdədir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ögey münasibəti nəticəsində Qaradağ meşələri məhv edilməkdədir. Diqqətsizlik və Qızılqarın kəpənəkləri Qaradağ meşələrini məhv olma təhlükəsi ilə qarşı-qarşıya qoyub.

Elmi adı Euproctis chrysorrhoea olan Qızılqarın kəpənək zərərverici həşəratı ağacların yarpaqlarını yeyərək meşənin ağaclarını yarpaqsız hala gətirir və bir sonrakı mərhələdə digər həşəratlərin yaşamına zəmin hazırlamaqla meşəni tamamı ilə yox olmaq təhlükəsi ilə qarşı-qarşıya qoyur.

Əhər şəhərinin millət vəkili Əhəd Məhərrəmzadə Mehrnews xəbər agentliyinə deyib ki, Əhər və Fındıqlı meşəsində geniş miqyasda yayılan Qızılqarın kəpənək zərərvericisi bölgənin əkinçiliyinə koronavirusdan daha çox zərər verib.

O deyib: “Əhər şəhərinin Fındıqli meşəsindəki Qızılqarın kəpənək zərərvericisinə yoluxmuş ərazilərdə havadan zəhər püskürtməyə ehtiyacımız var, çünki bu zərərvericinin yayılması bu şəhərin meşələrinə düzəlməz bir şəkildə zərər verə bilər”.

İran Meşə Mühafizəsi İdarəsinin direktoru Davər Namdar isə Əhər bölgəsinin meşələrinin 500 hektarında bu zərərvericinin yayıldığını və ağaclara ciddi zərər verdiyini açıqlayıb.

Qaradağ meşələri məhv edilməkdədir

Publicerat av Ali Huseyn Lördag 27 juni 2020

Həmçinin yoxlayın

İranda daha bir neçə körpü və rabitə infrastrukturu ABŞ hücumlarının hədəfi olub

GADTB: Sepaha yaxınlığı ilə tanınan Təsnim xəbər agentliyi ABŞ-ın İrana qarşı hücumlarının yeddinci gecəsində Bəndər-Abbas–Rudan …

Sayın Əjdər bəy Tağızadənin “Azərbaycan Səsi”ndə “ABŞ–İran müharibəsi davam edir – Yaxın Şərqdə son vəziyyət!” mövzusunda çıxışı -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın