Cümə axşamı , Dekabr 2 2021
azfa

Qarqar – Qıpçak türkləri

GADTB: Qərbi Azəbaycanda (indiki Ermənistan) qıpçaq – qarqarların çox qədim zamanlar- dan yaşamış olduqlarını, onların torpaqlarının Ərməniyyə və Kilikiyaya qədər uzandığını erməni (hay) tarixçiləri

də etiraf edirlər. Məsələn, A. Akopyan özünün “Albaniya-Aluank qədim yunan – Roma və qədim erməni mənbələrində” (İrəvan, 1987) adlı kitabının 66-67-ci səhifələrində yazır ki, Moksda Qarqar adlı vilayət, Tsopka və Qərbi Kilikiyada iki Qarqar qalası, Lori və

Parisosda iki Qarqar kəndi var. Bundan başqa Meğri tərəfdə Qarqar dağının mövcudluğu da məlumdur.

Hazırda Qərbi Azərbaycanın (bugünkü Ermənistanın) Zəngəzur bölgəsində qarqarlara aid bir monastır kompleksi də qalmaqdadır. Öncələr “Gərgərvəng” və ya “Qarqarvəng” adı ilə məşhur olan bu monastra bitişik Həzrət Məryəm kilsəsinin tikilməsindən sonra (1283-cü il) daha çox Məryəm kilsəsi və ya “Surb Sion” monastrı kimi yad edilməyə başlayan bu kompleks alban (həm də

Azərbaycan) memarlığının ən maraqlı nümunələrindən biridir.

Qarqarlar və onların yaşayış arealı barədə əski erməni (hay) mənbələrində də söz açılmışdır. Məsələn, Moisey Xorenatsi (V əsr) alban əlifbasının qarqar dili əsasında yaradıldığını söyləmiş, Qarqar meydanın- dan və Qarqar məlikliyindən söz açmışdır. Gevond (VIII əsr) Qarqar düzənliyinin, Böyük Vardan (XIII əsr) isə Qarqar vila-

yətinin adını çəkmişlər. Tovma Artsruni isə türk mənşəli ərəb sərkərdəsi Buğanın Qarqar düzənliyinə gələrək, Bərdə şəhərinə daxil olduğunu yazmışdır.

Ümumiyyətlə, əski yazılı qaynaqlarda qarqarlar və onların yaşayış arealı barədə yetərincə məlumat bulunmaqdadır. Məsələn, Strabon qarqarların amazonkalarla qonşuluqda, amazonkaların isə Albaniya üzərində yüksələn dağlarda yaşadıqlarını yazmışdır.

Bu xalqın adı Qafqaz və Orta Asiyanın toponomikasında geniş əks olunmuşdur. Bu sırada XIX əsrdə indiki Dağıstanın Teymurxanşura vilayətində qeydə alınmış Qarqar yer adını, Tiflis quberniyasının Tionet və Axalsix uyezdlərində qeydə alınmış Qarqar – meydan, Qarqar – Qutan, Qarqar dağı, Qarqaris və s.toponimlərini,

Qəbələ rayonu ərazisində mövcud olmuş Xaraba – Qaraqarı, eləcə də Qarabağla Gədəbəy sərhəddində yerləşən bir neçə Qarqar kəndini (bu gün onlardan biri Gərgər, digəri isə Xarxar adlanır) və

Naxçıvan uyezdində qeydə alınmış Xarxar kəndini göstərmək olar.

XIII əsr ərəb müəllifi Yaqut əl-Həməvi Beyləqan yaxınlığında yerləşən Qarqar şəhərini xatırlatmışdır. İbn Xordadbeh (IX əsr) isə Şabran və Dərbənd arasındakı Qarqar şəhərindən söhbət açmaqdadır. Deyilənlərə Qarabağ ərazisindəki iki ayrı Qarqar çayını da əlavə etmək lazımdır. Türkiyə və Cənubi Azərbaycan ərazisində də bir neçə Qarqar, Xarxar, Gərgər adlı yaşayış məntəqəsinin olduğu məlumdur. Qarqarların bir vaxtlar Orta Asiyada da yaşadığını söyləmək olar. Belə ki, Dionisiy Perieqet (II əsr) qarqarların Emod

dağlarından Qanq çayı ilə suvarılan torpaqlara qədər geniş bir ərazidə yaşadıqlarını yazmışdır.

Türk – alban dilində, yəni “erməni qrafikası” (əslində alban əlifbası) ilə yazılmış, fəqət türkcə (qıpçaq türkcəsində) olan xristian ədəbiyyatına gəlincə, bu ədəbiyyatın yaranması barədə V əsr erməni salnaməçisi Koroyunun yazdığına görə, hələ o dövrdə Albaniya

yepiskopu İremiyanın başçılığı ilə dini kitablar, yəni Bibliya alban dilinə tərcümə edilmişdi. VIII əsr erməni tarixçisi Gevond özünün “Tarix” əsərində bildirir ki, onun dövründə “İncil” bir sıra dillərlə yanaşı alban dilində də tədris edilirdi və alban dilində olan dini kitablar ciddi cəhdlə qorunurdular.

Ermənistanın əlyazmalar fondunda araşdırmalar aparan A.D.Ananyan isə müqəddəs Yeliseyin Şərq ölksində – Albaniyadakı fəaliyytindən bəhs edən erməni dilində bir sənəd tapmış və dərc

etdirmişdir. Həmin sənədin erməni dilinə alban dilindən tərcümə edildiyini tərcüməçilərin özləri qeyd etmişdilər.

Həmin ərazidə mövcud olan erməni qrafikalı türkdilli dini ədəbiyyata gəlincə, onlar alban ədəbiyyatı nümunələrindən başqa bir şey deyildir. Bu ədəbiyyatın qələmə alındığı əlifbanın erməni əlifbası ilə eyni mənşəli olması, eləcə də ortaq din xristian albanların müəyyən bir hissəsinin zamanla erməniləşməsinə səbəb olmuşdur. Bununla belə, çox sayda nümunəsi (onminlərcə səhifə) Polşa, Rusiya, Avstriya, İtaliya, Rumıniya, Ukrayna və Ermənistanda qorunub saxlanmış qıpçaqdilli alban ədəbiyyatını tədqiqatlara cəlb etmək, onları dərindən öyrənmək ən azı Albaniyanın tarixini,

Azərbaycanda baş vermiş etnik və etnolinqvistik prosesləri dərindən başa düşmək baxımından çox vacibdir. Biz “Kitabi-Dədə Qorqud” sayəsində Azərbaycanda oğuz – qıpçaq münasibətlərində oğuzların rolundan xəbərdarıq. İndi isə qıpçaqdilli alban ədəbiyyatını araşdırıb proseslərə digər tərəfin də gözü ilə baxmağın vaxtı çatıb.

Üstəlik də bu ədəbiyyatı Azərbaycan ədəbiyyatının tərkib hissəsi kimi gözdən keçirməyin də vaxtı artıq çoxdan çatmışdır.

Əldə olan təkzibedilməz sənədlər qıpçaq mənşəli qarqar dilinin Albaniyanın dövlət dili olduğunu və bu dildə beynəlxalq yazışmaların aparıldığını söyləməyə tam əsas verir. Məsələn, 505-ci ildə bugünkü İran ərazisində yaşayan xristianlara ünvanlanmış erməni dilində olan bir məktubda deyilir:

“Biz sizə daha öncə öz aramızda razılaşaraq, erməni, gürcü və alban dillərində, həmin dillərin yazısı ilə məktub yazmışdıq. İndisə eyni şeyi təkrar edirik.”

Artıq qeyd etdiyimiz kimi, sözügedən mətnlər elm aləmində “erməni qıpçaqcası” adı altında tanınmaqdadır. Bu həqiqətdən uzaq ifadənin geniş yayılmasının əsas səbəblərindən biri Ukrayna ərazisində bir vaxt özləri kimi köçkün olan ermənilərlə iç-içə yaşayan albanların (qıpçaqların) yerli erməni məhkəməsinin xidmətlərindən istifadə etməsi və onun bütün sənədlərini ana dillərində tərtib etmələri, bir qismini isə erməni dilindən tərcümə etmələri

olmuşdur. Elə bu da həmin mətnlərin tədqiqatçılarını çaşdırmışdır.

Halbuki, sözügedən sənədlərin bir qisminin erməni dilindən tərcümə olduğu həmin sənədlərin üzərində qeyd edilmişdir. Elə bu fakt da mətnləri ilk dəfə ətraflı tədqiq edən görkəmli rus şərqşünası, əslən karaim türklərindən olan A.Krımskini yanıltmış və o, məslə-

hətçiləri qismində çıxış edən erməni köməkçilərinin təlqin və təşviqi ilə bugünkü Ukrayna ərazisində yaradılmış mühacir alban ədəbiyyatının dilini “erməni qıpçaqcası” kimi təsbit etmiş, həmin ədəbiyyatın yaradıcılarının isə guya ana dillərini unudaraq, qıpçaq

türkcəsinə keçən ermənilər olduğunu söyləmişdir.

Şübhəsiz ki, onun bu fikri yanlışdır. Əgər sözügedən ədəbiyyatın yaradıcıları gerçəkdən də dillərini unutmuş ermənilər olmuşsa, bəs, çox sayda erməni mətnlərini öz “yeni” dillərinə necə tərcümə etmişlər? Bilmədiyin, unutduğun bir dildən çox sayda tərcümə etmək mümkündürmü? Və niyə guya “tərcümə” edilən əsərlərin böyük əksəriyyətinin müəllifi erməni yox, məhz albanlardır? Söhbət tanınmış hüquqşünas və ilahiyyatçı alim Mxitar Qoş, onun şagirdi

Vardapet Vanağan, Vanağanın şagirdi, tanınmış tarixçi Kirakos Gəncəli, Albaniya katalikosu Nerses və s. bu kimi məşhur alban müdriklərindən gedir.

Elm aləmində “Erməni qıpçaqcası” adlandırılan yazıların və ədəbiyyatın gerçəkdən də albanlara məxsus olduğunu təkzibedilməz şəkildə sübut edə bilməmiz üçün hər hansı bir alban müəllifinin həmin dildə, yəni qıpçaq türkcəsində və erməni (əslində alban)

əlfbası ilə yazılmış sadəcə bircə sətirini əldə etməmiz yetərli idi.

Bizim isə əlimizdə hər hansı bir alban müəllifin bircə sətri yox, çox sayda tanınmış alban müəllifinin əsərləri, eləcə də çox məşhur bir albanın, ayrıca bir “Alban salnaməsi” yazmış böyük alban maarifçisi Mxitar Qoşun “Törə bitiki” (Qanunlar toplusu) adlı kitabının

bütöv bir parçası, eləcə də Kirakos Gəncəlinin “Tarix” kitabının II fəslinin böyük bir hissəsi kimi təkzibedilməz dəlillər var.

Bəxtiyar Tuncay,

Tarixçi Alim.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup …

Azərbaycanlı fəalı Əkbər Mohacerinin həbsi üçün İran məhkəməsinin əməkdaşları onun evinə hücum ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Şərqi Azərbaycandakı prokurorluğu Azərbaycan Milli Hərəkatının …