Bazar ertəsi , Dekabr 4 2023
azfa

Qasım-Jomart Tokayev: ‘‘Qazaxıstan qondarma Donetsk vә Luqansk xalq respublikalarını tanımayacaq’’

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış zaman deyib ki, ‘‘Qazaxıstan qondarma Donetsk vә Luqansk xalq respublikalarını tanımayacaq’’.

Üzv olduqları Avrasiya İqtisadi Birliyinin Asiya və Yaxın Şərq bazarlarında genişlənməsinin vacibliyinə diqqət çəkən Qazaxıstan prezidenti  Qasım-Jomart Tokayev deyib: “Faydasız əks-sanksiyalar əvəzinə, Asiya və Yaxın Şərq bazarlarının geniş spektrini əhatə edən aktiv və çevik ticarət siyasəti aparılmalıdır. Burada Qazaxıstan bufer bazar rolunu oynaya bilər”.

Jurnalistlərin suallarını cavablandıran Tokayev Qazaxıstanın Donetsk və Luqanskla bağlı mövqeyini qiymәtlәndirib.

Kasım-Jomart Tokayev deyib: ‘‘Əgər bir millətin öz müqəddəratını təyinetmə hüququ bütün dünyada səmərəli şəkildə həyata keçirilsəydi, o zaman hazırda Birləşmiş Millətlər Təşkilatının üzvü olan 193 dövlətin əvəzinə 600-dən çox ölkə peyda olmalı idi. Bu səbəbdən biz nə Tayvanı, nə Kosovonu, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanıyırıq. Qondarma Donetsk  və Luqansk  xalq respublikaları ilә bağlı mövqeyimiz dә eynidir’’.

Həmçinin yoxlayın

Həbs edilən azərbaycanlı reper nəhayət ailəsi ilə telefon əlaqəsi saxlaya bilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı reper nəhayət …

Güney Azərbaycanda reperlər azərbaycanlı məhbuslara dəstək aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda reperlər azərbaycanlı məhbuslara dəstək aksiyası keçiriblər. …