Qaşqay gənclər Urmiyanın 90 komandasını alqışladıqları üçün irqçi farsların vəhşicəsinə hücumuna məruz qaldılar-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünın 2018-ci il noyabr ayının 3-də Urmiyanın 90 komandası ilə Şirazın Sepasi komandası Şirazda yarışıblar. Urmiyanın 90 futbol komandasının tərəfdarı olan Qaşqay gənclər Urmiyanın 90 komandasını alqışladıqları üçün irqçi farsların vəhşicəsinə hücumuna məruz qaldılar. Qaşqay gənclər irqçi fars resimin amilləri tərəfindən vəhşicəsinə döyülərək stadiondan çıxarılıblar.

Dünyada tayı-bərabəri görünməmiş bu irqçilikdən dəhşətə gələn Urmiyanın 90 komandasının sahibi Yahya Bahari də etiraf edib ki, indiyə qədər yer üzündə belə irqçilik və vəhşiliyə şahid olmamışdı.

Əslində Urmiyanın 90 komandasının Qaşqay tərəfdarları heç bir qanunsuz iş görməmiş və yalnız öz tərəfdarı olduğu komandanı alqışlayıb və xoş gəldin etmək məqsədilə “Urmu, Təbriz, Ərdəbil-bu səs Şirazdan gəlir” şüarı səsləndiriblər. Lakin fars irqçiliyi və vəhşiliyi o həddə çatıb ki, türklərə öz komandalarını təşviq etməyə də imkan vermir.

 

Həmçinin yoxlayın

İsrail Mehrabad aeroportunda SEPAH-ın Qüds Qüvvələrinin Hizbullaha silah daşıyan 16 təyyarəsini məhv edib

GADTB: İsrail Hərbi Hava Qüvvələri Tehrandakı Mehrabad hava limanında SEPAH-ın Qüds Qüvvələrinin 16 təyyarəsini məhv …

Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir

GADTB: Son hadisələr fonunda Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyini təmin etmək üçün mərhələli planlar hazırlanır. …

Bir cavab yazın