Çərşənbə , Aprel 22 2026
azfa

Qaşqay müəllim Əsgər Əmirzadeqan vəsiqə qarşılığında zaminə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türklərinin fəalı və müəllim Əsgər Əmirzadeqan girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıb.

Türk fəal və müəllim qaşqayların yaşadığı Fars əyalətinin Firuzabad şəhərində həbsdə saxlanılırdı.

Qaşqay türklərinin fəalı və müəllim iyulun 27-də Firuzabad şəhərinin Dövlət və İnqilab Məhkəməsinin 2-ci bölməsinə müraciət etdikdən sonra yaxalanmışdı.

Əsgər Əmirzadeqan bundan öncə isə qaşqayların hüquqları, eləcə də müəllimlərin sinfi hüququ sahəsində fəaliyyətlərinə görə İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə yaxalanaraq, işkəncələrə məruz qalmışdı.

Əsgər Əmirzadeqan 2019-cu ildə “İran rəsmilərini təhqir etmək” ittihamı ilə 6 ay, “Sistemə qarşı təbliğat” ittihamı ilə isə 1 il həbs cəzasına məhkum edilmişdi.

Həmçinin yoxlayın

Sepah terror təşkilatı Hörmüz boğazında iki gəmini hədəfə alıb

GADTB: Bu gün Sepah terror təşkilatı Hörmüz boğazından keçməyə cəhd edən Avropanın ən böyük gəmiçilik …

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq. …