Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Qaşqay türkü Əlirza Bəxşizadə və Puria Cahangiri molla rejimin qüvvələri tərəfindən güllələnib

GADTB: İsfahan əyalətində yerləşən Şəhriza şəhərində keçirilən son etirazlar zamanı iki gənc Qaşqay türkü- Əlirza Bəxşizadə və Puria Cahangiri öldürülüb.

Hər iki gənc kütləvi etirazlar zamanı İran rejiminin qüvvələri tərəfindən hədəf alınaraq öldürülüb.

Hadisəyə cavab olaraq, bir sıra Qaşqay türk fəalları, bu icmanın zülmlə mübarizədəki tarixi təcrübəsini vurğulayaraq, mövcud etirazların sadəcə İran İslam Respublikası rejiminə qarşı çıxmaq məqsədi daşımadığını, əksinə, istər teokratik, istərsə də monarxik olmaqla diktaturanın bütün formalarına qarşı yönəldiyini bildiriblər.

Həmçinin yoxlayın

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …

Azərbaycanlı ekoloq fəal Milad Balsininin həbsdə saxlanılması davam edir, vəziyyəti barədə məlumat yoxdur

GADTB: Azərbaycanlı jurnalist və fəal Milad Balsinininin barəsində həbs qətimkan tədbirinin seçilməsindən 30 gündən çox …