Cümə axşamı , Sentyabr 17 2026
azfa

“Qaşqayı vilayətinin yaradılması” kampaniyası: imzaların sayı 25 mini ötüb

GADTB: Yayımlanan məlumata görə, “Qaşqayı vilayətinin yaradılması” adlı kampaniya son iki gün ərzində “Karzar” platformasında geniş istifadəçi marağı ilə qarşılanıb və açıqlanan statistikaya əsasən, kampaniyaya toplanan imzaların sayı 25 min nəfəri keçib.

Kampaniyanın izah hissəsində bildirilib ki, əsas məqsəd “Qaşqayı” adı ilə müstəqil vilayətin yaradılması imkanlarının araşdırılması və ya qaşqayı türklərinin adının bu toplumun əksəriyyət təşkil etdiyi vilayətlərdən birinə əlavə olunmasıdır. Mətndə resursların ədalətli bölüşdürülməsi, regional idarəetmə və qaşqayı türklərinin mədəni kimliyinin gücləndirilməsi əsas tələblər kimi önə çəkilir və təşkilatçılar qərarverici qurumlardan bu müraciətə diqqət yetirmələrini istəyirlər.

“Karzar” platformasının açıqlamasına görə, bu tələb platformanın daxili qaydaları çərçivəsində qeydiyyata alınıb və müəyyən edilmiş həddi keçdikdən sonra media orqanlarına və aidiyyəti qurumlara göndərilərək izlənəcək. Kampaniya təşkilatçıları vurğulayıblar ki, bu müraciəti bir arzu deyil, hüquqi və insani bir tələb kimi qiymətləndirirlər.

Kampaniyaya imza üçün keçid:

https://www.karzar.net/274888

Həmçinin yoxlayın

Tramp gələn çərşənbə axşamı Körfəz ölkələrinin liderləri ilə İran İslam Respublikasına qarşı müharibənin növbəti mərhələlərini müzakirə edəcək

GADTB: Axios-un jurnalisti Barak Ravid sentyabrın 17-si, cümə axşamı səhər saatlarında xəbər verib ki, ABŞ …

Ətraf mühit dərnəkləri Kəndivana yeni turizm yolunun çəkilməsinə qarşı çıxıblar

GADTB: Şərqi Azərbaycan Ətraf Mühit Dərnəklərinin Koordinasiya Şurasının üzvləri “Yasşəhr”dən Kəndivan kəndinə yeni turizm yolunun …