Qazaxın azad edilən kəndində Azərbaycan bayrağımı qaldırıldı

GADTB: Qazaxın erməni işğalından azad edilən Aşağı Əskipara kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Bu barədə “Azadlıq” radioiosunun erməni bürosu məlumat yayıb.

Bu ilin aprelin 19-da Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.

Həmçinin bu gün Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidməti media üçün məlumat yayıb.

Qeyd olunub ki, iki ölkənin ekspert qruplarının işi davam edir.

Xatırladaq ki, bu gün Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, iki ölkənin ekspert qrupları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalları məhkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində …

Azərbaycan fəal Əsgər Fərəcinin Evin zindanında son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında cəza çəkən azərbaycanlı fəal Əsgər Fərəci …