Çərşənbə , Oktyabr 14 2026
azfa

Qazaxıstan BRİKS-dən imtina etdi

GADTB: Qazaxıstan hələ BRİKS-ə üzv olmağı planlaşdırmır, baxmayaraq ki, ölkə prezidenti Qasım-Jomart Tokayev belə təkliflər alıb.

Bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali məlumat verib.

“Hazırda və çox güman ki, yaxın gələcəkdə Qazaxıstan BRİKS-ə ərizə verməkdən, o cümlədən üzvlük məsələsinə baxılmasının çoxmərhələli prosesini nəzərə almaqdan çəkinəcək”, – Uali bildirib.

Onun sözlərinə görə, BRİKS-ə qoşulmaq təklifləri dövlət başçısı tərəfindən Qazaxıstanın milli maraqları baxımından nəzərdən keçirilib:

“Bununla belə, hələlik Tokayev BMT-yə bütün aktual beynəlxalq problemlərin müzakirə oluna biləcəyi və müzakirə edilməli olduğu universal və qeyri-alternativ təşkilat kimi baxır. Eyni zamanda, Qazaxıstan prezidenti BMT Təhlükəsizlik Şurasının BMT-yə üzv dövlətlərin geniş məsləhətləşmələri əsasında və orta güclərin maraqlarını nəzərə almaqla islahatının tərəfdarıdır, çünki onun fikrincə, bu qurum vacib və taleyüklü qərarlar qəbul etməklə bağlı öz səlahiyyətlərini itirib. BRİKS-ə gəlincə, Tokayev bu assosiasiyanın təkamülünü maraqla izləyir və blokun Rusiyada keçiriləcək sammitində iştirak etmək niyyətindədir”.

Qeyd edək ki, bundan öncə Tokayevin Kazanda keçirilən sammitdə çıxış edəcəyi bildirilmişdi.

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …