Cümə , Sentyabr 17 2021
azfa

Qazaxıstan “Türküstan”ı türk dünyasının informasiya mərkəzinə çevirmək istəyir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Qazaxıstanın Türküstan şəhərində keçirilən “Türküstan: yeni informasiya fəzası” Beynəlxalq Jurnalistlər Forumu çərçivəsində «TÚRKISTAN MEDIA» beynəlxalq media mərkəzi və «TÚRKISTAN intellektual klubu” açılıb. Tədbirdə Qazaxıstanla yanaşı, Azərbaycan, Türkiyə, Qırğızıstan və Tatarıstandan gələn media qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Türküstan valisi Janseyit Tüymebayev yeni mərkəzlərin Türküstanın türk dünyasının mənəvi və informasiya mərkəzinə çevrilməsinə mühüm təkan verəcəyini bildirib.

Media Mərkəzi türk dünyası ilə bağlı qazax, türk, azərbaycan, rus, ingilis, özbək və qırğız dillərində gündəlik informasiyalar yayacaq. Media mərkəzində brifinq və görüşlərin keçirilməsi üçün 70 nəfərlik zal mövcuddur. Eyni zamanda, mərkəz gündəlik iş rejimində fəaliyyət göstərmək üçün zəruri olan yeni cihazlar,kompyuterlər və internet şəbəkəsi ilə təmin olunub. Burada Türküstan vilayətinin regional mətbuat xidməti və Türküstandakı Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin tələbələrindən ibarət gənc jurnalistlər klubu işləyəcək. Türküstana gələn yerli və xarici jurnalistlər mərkəzin xidmətlərindən pulsuz istifadə edə bilərlər.

«TÚRKISTAN» intellektual klubunda isə tanınmış ictimai xadimlərin iştirakı ilə milli-mənəvi dəyərləri, türk dünyasının ortaq maddi-ruhani mirasını təbliğ edən görüşlər, dəyirmi masalar keçiriləcək. Görüşlər xüsusi proqramla yerli televiziya kanallarında və sosial şəbəkələrdə canlı yayımlanacaq.

«TÚRKISTAN MEDIA» beynəlxalq media mərkəzinin açılışı çərçivəsində vilayət qubernatorunun, türkdilli ölkələrdən jurnalistlər və alimlərin iştirakı ilə intektual klubun ilk toplantısı və bölgənin inkişafına həsr olunan brifinq keçirilib. İştirakçılar Türkistanın inkişafı ilə bağlı bağlı düşüncələrini bölüşüblər.

Həmçinin yoxlayın

Qarabağa İran rejiminin təhlükəsizlik orqanının yük maşınlarını göndərdiyi üzə çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın ETTELAAT İdarəsinə bağlı şirkətin qanunsuz şəkildə Qarabağa …

İranın qanunsuz şəkildə Qarabağda Ermənistanla yeni işbirliyi üzə çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın təhlükəsizlik orqanlarına bağlı şirkətlərin erməni işğalçılarına yük …

Bir cavab yazın