GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazaxıstanı rus tapdağı altına salan Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işğalçı kontingentinin ölkəni tərk etməsi prosesinin iki gün sonra başlayacağını və 10 gündən çox çəkməyəcəyini bildirib.
Bu barədə Tokayev bu gün parlamentdə deputatlar qarşısında çıxışı zamanı qeyd edib.
O bildirib ki, “KTMT sülhməramlı qüvvələrinin əsas missiyası uğurla başa çatıb. İki gün sonra KTMT birləşmiş sülhməramlı kontingentinin mərhələli şəkildə çıxarılması prosesi başlayacaq. Kontingentin çıxarılması prosesi 10 gündən çox çəkməyəcək”, – deyə prezident bildirib.
Qeyd edək ki, xəbəri Rusiyanın RİA-Novosti agentliyi yayıb.