Çərşənbə , Aprel 22 2026
azfa

Qeyri-fars millətlərdən ana dili hüququnun pozulmasına etiraz kapmaniyası

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, qeyri-fars millətlər sosial şəbəkələrdə ana dili hüququnun pozulmasına etiraz kapmaniyasına başlayıblar.

Sosial şəbəkə istifadəçiləri Twitterdə kampaniya başladaraq İranın təkdilli sisteminin qeyri-fars xalqlara yaratdığı çətinliklərə etirazlarını bildiriblər.

“#Manofarsi” həştəgi ilə başladılan etiraz kampaniyada qeyri-fars millətlərin fəalları ana dillərində təhsil ala bilmədikləri üçün əzab çəkdiklərini qeyd ediblər.

Etiraz kampaniyasında sosial şəbəkə istifadəçiləri təhsil alarkən farsca danışmağa məcbur olmanın acı təcrübələrini, eləcə də ləhcəyə malik olduqları üçün üzləşdikləri təhqirləri bölüşüblər.

Kampaniya iştirakçıları “#Monofarsi” həştəqi ilə beynəlxalq konvensiyalarda nəzərdə tutulan dil hüquqlarının pozulmasına və İranın təhsil sistemində onlara qarşı ayrıseçkiliyə etiraz ediblər.

Həmçinin yoxlayın

Tramp atəşkəsin müddətini uzatdı, dəniz blokadası davam edir

GADTB: ABŞ prezidenti Donald Tramp İranla bağlı atəşkəs rejimini uzadıb. Lakin dəniz blokadası daha kəskin …

Kosovo SEPAH-ı terror təşkilatı kimi tanıdı

GADTB: Kosovo Xarici İşlər Nazirliyi İslam İnqilabının Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edildiyini açıqlayıb. …