GADTB: Güney Azərbaycanın Tikantəpə (Tikab) bölgəsində yerləşən tarixi Dev zindanı (Zindan dağı) bölgəsi molla rejimin təyin etdiyi qeyri-yerli rəisin göstərişi ilə dağıdılır.
Zindan dağı yerli olmayan “Məhəmməd Əminanın” əmri ilə qazılıb, betonlanıb və dirəklərlə hasarlanıb. Onun göstərişi ilə qədim dağın ətrafında hasar çəkirlər.
Tarixi ərazidə qazma və beton tökmə işləri aparılıb, tarixi qalıntılar məhv edilib.
3 min illik tarixi olan Dev zindanı Suğurlu (Təxti Süleyman) kompeksinin yaxınlığında yerləşir.
Milli fəalların dediyinə görə, dağıntı işləri kompleksin məsulu qeyri-yerli rəis Məhəmməd Əminiyanın göstərişi ilə aparılıb.