Cümə , İyun 20 2025
azfa

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlayır

GADTB: Bu gündən Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlayır.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə keçirilən tədbirlə bağlı Azərbaycanın incəsənət ustaları, ədəbiyyat və mədəniyyət xadimləri, bədii kollektivlər, yazarlar və media təmsilçiləri Bişkekə səfər ediblər.

20-25 apreldə baş tutacaq mədəni silsilədə Qırğızıstanın paytaxtının aparıcı mədəniyyət və təhsil müəssisələrində sərgilər, konsertlər, kitab təqdimatı, ustad dərsi və digər tədbirlər təşkil olunacaq.

Məqsəd Azərbaycan və qırğız xalqlarını ümumtürk kimliyi, ortaq mədəni dəyərləri, əsrlərdir, davam edən ədəbiyyat və sənət mübadiləsini birləşdirməkdir.

Qeyd edək ki, ötən ilin 23-26 aprelində Azərbaycanda da Qırğız Mədəniyyəti Günləri keçirilib.

Həmçinin yoxlayın

İsrail Güney Türkmənistanın Ağqala bölgəsində hərbi təyinatlı zavodu vurdu

GADTB: İsrail Hərbi Hava Qüvvələri Türkmənistanın Ağqala bölgəsində bölgəsində hərbi təyinatlı obyektə hava hücumu edib. …

İsrail Ərdəbil və Təbrizdə molla rejimin bazalarını vurub – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bü gün səhər saat 5-də İsrail Ərdəbil bölgəsində …