Şənbə , İyun 20 2026
azfa

Qırğızıstanla Tacikistan hərbi birləşmələri sərhəddən geri çəkməyə razılaşdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qırğızıstan və Tacikistan ortaq sərhəddə meydana gəlmiş gərginliyin sülh yolu ilə nizamlanması və sərhəd qoşunları xaricində bütün hərbi birliklərin geri çəkilməsinə dair razılığa gəliblər.

Bu barədə Qırğızıstan və Tacikistanın dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə birgə Dövlət Komissiyasının iclasının ardından imzalanan protokolda qeyd olunub.

Bildirilib ki, Komissiyanın həmsədrləri – Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik Komitələrinin rəhbərləri, Kamçibek Taşiyev və Saymumin Yatimov Karamık sərhəd məntəqəsinin yerləşdiyi ərazidəki vəziyyəti müzakirə ediblər və onlar yekdilliklə bütün məsələlərin sülh yolu ilə həllini vurğulayıblar.

İmzalanan protokolda bildirilib ki, hər iki tərəfdən 3 km daxilə sərhəd zastavalarının geri çəkilməsi, həmçinin hərbi hissələrin və hərbi texnikanın geri çəkilərək daimi yerlərinə qaytarılması, yalnız müntəzəm sərhəd keşikçilərinin qalmasına dair qərar qəbul edilib.

Xatırladaq ki, aprelin 28-də Tacikistan və Qırğızıstan sərhəddində sakinlər arasında qarşıdurma meydana gəlmiş və bu qarşıdurma aprelin 29-da iki ölkənin hərbçiləri arasında silahlı toqquşmalara çevrilmişdi. Nəticədə hər iki tərəfdə itkilər qeydə alınmışdı.

Daha sonra iki ölkənin rəsmiləri arasında yüksək səviyyəli danışıqlar aparıldıqdan sonra qarşıdurmaya son vermək və qoşunların geri çəkilməsi ilə bağlı ortaq bəyanat imzalandı.

Həmçinin yoxlayın

Tehran Atom Enerjisi Agentliyinin müfəttişlərinin İrana qayıtmasını qəbul etmir

GADTB: İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi cümə günü İranın Beynəlxalq Atom Enerjisi Agentliyi …

Avropa Birliyi edamlara görə İranı pisləyən bəyanat yayıb

GADTB: Avropa Birliyi (AB) İranda insan haqlarının vəziyyəti ilə bağlı yaydığı bəyanatda Tehranın fəaliyyətini pisləyib. …