Şənbə , Avqust 15 2026
azfa

Qızılhisarda məhbusların aclıq aksiyası davam edir

GADTB Güney Azərbaycanın Kərəc şəhərinin Qızılhisar həbsxanasında saxlanılan yüzlər məhbus beşinci gündür aclıq aksiyası keçirirlər.

İnsan haqları təşkilatlarının məlumata görə, aksiya 6 məhbusun edam qabağı hazırlq üçün təkadamlıq kameraya köçürülməsindən sonra başlayıb. Təkadamlıq kameralara köçürülən 6 məhbusun 5-i edam edilib.

Etirazçı məhbuslar hökumətin edamlardan başqa məhkumlara qarşı qorxu və təzyiq vasitəsi kimi istifadə etdiyini bildiriblər.

İnsanhaqları fəallarının məlumatına görə, aclıq aksiyasına təşkilatçılıq etməkdə günahlandırılan bir neçə məhbus döyülüb və təkadamlıq kameralara salınıb.

Həmçinin yoxlayın

Təbrizli sənətçiyə bu dəfə Babək Xürrəmdin tamaşasına görə cümə namazı xütbəsindən təhdid

GADTB: Təbriz imam-cüməsi və Şərqi Azərbaycan üzrə Vəli-fəqihin nümayəndəsi Əhməd Mütəhəri-Əsl 23 mordad tarixində cümə …

Traxturdan mövsümün ilk oyununda inamlı qələbə

GADTB: Azərbaycanın Traxtur komandası mövsümün ilk qarşılaşmasında Şəhriyar Muğanlunun dublu sayəsində Peykanı 2:0 hesabı ilə …