Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Qoşaçay televiziyasında Traxtur komandasının yarışlarının yayımlanması üçün lisenziya ləğv edilib

GADTB: Güney Azərbaycanın “Traxtur” futbol komandasının oyunlarının Qoşaçay televiziyasında yayımlanması ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılansa da, şəhərin təhlükəsizlik şurası yayım üçün lisenziyanı ləğv edib.

Qoşaçay şəhərininTəhlükəsizlik Şurası dünən qəfildən turnirin yayım lisenziyasını ləğv edib.

Əvvəlki bir neçə yarış ictimai yerlərdə tam nizam-intizam və təhlükəsizlik şəraitində, heç bir problem olmadan yayımlanıb. Ona görə də şuranın bu qərarının heç bir məntiqi əsası yoxdur.

Qərarın dəqiq səbəbi hələ rəsmi olaraq açıqlanmasa da, bəzi fərziyyələrə görə hökumət rəsmiləri insanların bir yerə toplanmasından narahatlıq duyur.

Qeyd edək ki, Traxtur komandasının Premyer Liqada çempionluq uğrunda həlledici oyunlara çıxdığı və İranın türklər yaşayan bölgələrindəki çoxsaylı azarkeşlərinin oyunları həvəslə izlədiyi bir vaxtda bu lisenziyanın ləğvi Qoşaçay əhalisinin narazılığına səbəb olub.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …