
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qoşaçay (Miyandab) şəhərində bələdiyyə işçiləri etiraz aksiyası keçirib.
İşçilər bələdiyyə başçısının istefasından sonra bələdiyyə sistemində yaranan qeyri-müəyyənlikdən narazılıqlarını bildiriblər.
Etirazçılar yaranmış vəziyyətə görə əziyyət çəkdiklərini, əmək haqları və qanunla nəzərdə tutulmuş başqa hüquqlarını ala bilmədiklərini qeyd ediblər.