
GADTB: Təəssüf ki, son vaxtlar biz Qoşaçay hövzəsində çay yatağını təmizləmə əməliyyatı adı altında həyata keçirilən dağıdıcı hərəkətlərin şahidi oluruq. Bu prosesdə bölgənin qiymətli bitki toxumasının bir hissəsi yandırılıb, ağaclar kəsilib.
Bu, əvvəllər Çağatı suyunun kəsilməsi ilə ondan asılı olan bütün canlılar məhv olmuşdu və indi Qoşaçayın təbiəti də yalnız məhdud sayda insanların maraqları üçün məhv olmaq təhlükəsi qarşısındadır.
Bu hərəkətlər ekoloji cinayətin bariz nümunəsidir və onların davamı regionun ekosistemi üçün düzəlməz nəticələrə səbəb olacaqdır. Bütün aidiyyatı vəzifəli şəxslərdən və KİV-lərdən xahiş olunur ki, bu dağıntının səbəblərini dərhal araşdırıb qanuni şəkildə məşğul olsunlar, həmçinin məlumatlandırsınlar və bu prosesin davam etməsinin qarşısını alsınlar.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi