
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərin milli fəalların rejimin həbs etdiyi azərbaycanlı fəalara azadlıq tələbilə keçirdiyi aksiyalar davam edir.
Bu gün isə Güney Azərbaycanın Qoşaçay şəhərində bir qrup azərbaycanlı fəal rejimin ETTELAAT İdarəsi tərəfindən bu yaxınlarda milli fəalların girov götürülməsinə etiraz olaraq şüarlar yazıblar.
Azərbaycanlı fəallar bu məqsədlə divarlara “Azadlıq, Ədalət, Milli Hökumət”, “Azərbaycan siyasi məhbuslarına özgürlük!”, “Yola davam” və s. şüarlar yazıblar.