Bazar ertəsi , İyul 13 2026
azfa

Qoşaçayın Baruq bölgəsinin əhalisi yenidən etiraz aksiyası keçirdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qoşaçay məntəqəsinin Baruq və ətraf kəndlərinin əhalisi ikinci dəfə olaraq bu bölgənin Şorca Ağkəndinin ərazisində zibillərin başqa yerlərdən gətirilib qeyri-standar şəkildə toplanmasına etiraz ediblər.

Əhalinin davamlı etirazına baxmayaraq Qoşaçay bələdiyyəsi bu bölgənin təbiətini və ətraf mühitini çirkləndirməkdə davam edir.

Qeyd edək ki, bundan bir müddət öncə də Qoşaçayda Baruqun Şorca Ağkənd əhalisi başqa bölgələrdən zibillərin bu bölgəyə toplanmasına etiraz etmişdilər. Rejimin məmurları etirazçılardan təxminən 7 nəfəri yaxalamışdır.

Baruqda əhali zibillərin bu bölgəyə boşaldılmasına etiraz edir

Publicerat av Ali Huseyn Måndag 13 april 2020

Həmçinin yoxlayın

Təbrizin üç şirkətinin zərərçəkən investorları Tehranda etiraz aksiyası keçirdi; etirazçılar “Bayram vədi bəsdir, süfrəmiz boşdur” şüarı səsləndirdilər

GADTB: Təbrizin “Ayan”, “Lalə” və “Mümtaz” şirkətlərinin bir qrup zərərçəkmiş investoru Tehranda etiraz aksiyası keçirərək …

İran ərəb ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə hücum etdi

GADTB: İranın qərb və mərkəzi bölgələrində yerləşən müxtəlif buraxılış məntəqələrindən regionun ərəb ölkələrinə qarşı genişmiqyaslı …

Bir cavab yazın