Çərşənbə axşamı , İyun 9 2026
azfa

Qoşaçaylı stomatoloq və azərbaycanlı fəal İlyas Məhəmmədinin vəziyyəti qeyri-müəyyən olaraq qalır

GADTB: Qoşaçay (Miyandab) bölgəsinin tanınmış stomatoloqu və azərbaycanlı fəal İlyas Məhəmmədi təxminən 40 gün əvvəl təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılaraq Qoşaçay həbsxanasına köçürülüb və hazırda qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Məlumata əsasən, İlyas Məhəmmədi pandemiya dövründə keçirdiyi insult səbəbilə ciddi sağlamlıq problemləri yaşayır və fiziki durumu qənaətbəxş deyil. Onun səhhəti ilə bağlı narahatlıqlar fonunda, saxlanma şəraiti və tibbi təminat məsələləri diqqət mərkəzində qalır.

Həmçinin yoxlayın

ABŞ vitse-prezidenti: Danışıqlar nəticəsiz qalarsa, digər variantlar da masada olacaq

GADTB: ABŞ-ın vitse-prezidenti Ceyms Devid (C.D.) Vens diplomatik səylərin davam etdiyini vurğulayaraq bildirib ki, danışıqlar …

Təbriz həbsxanasında azərbaycanlı siyasi məhbusların aclıq aksiyası keçirir

GADTB: Təbriz həbsxanasından daxil olan məlumatlara görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları Əli Babayi və …