
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İran və ABŞ arasında qarşıdurma ilə bağlı Tehrana səfər edəcək.
Qrossi Argentina televiziya kanalına müsahibədə deyib ki, İranın xarici işlər naziri Abbas Əraqçı ilə apardığı danışıqlarda yaxın həftələrdə Tehrana səfər edəcəyi barədə razılığa gəlib.
BAEA-nın baş direktoru bildirib ki, yaxın həftələrdə Tehrana səfərinin əsas məqsədi İran və ABŞ arasında qarşıdurma ehtimalını azaltmaqdır.
“Bu qarşıdurma fəlakətli və təhlükəli nəticələrə səbəb ola bilər və bunun qarşısını almaq lazımdır”, – deyə, Qrossi vurğulayıb.