
GADTB: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi X hesabında-paylaşımında Cənubi Afrikada keçirilən G20 sammiti çərçivəsində Böyük Britaniyanın energetika naziri Maykl Şenkslə görüşü barədə məlumat verib.
O yazıb ki, müzakirə İslam Respublikasının nüvə proqramı, Zaporojya AES-in təhlükəsizliyi, eləcə də Böyük Britaniyanın kiçik modul reaktorların inkişafı ilə bağlı iddialı planını əhatə edib.
Qrossi agentliyin bu proqramları dəstəkləməyə hazır olduğunu vurğulayıb./ Azad İran
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi