Cümə , İyun 20 2025
azfa

Qurban Qurbanov: Traktor ilə yoldaşlıq oyunu keçirsək, şad olaram

GADTB: “Qarabağ” Azərbaycan Premyer Liqasının 33-cü turunda öz meydanında “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlib.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Traktor ilə yoldaşlıq oyununun keçirilməsini arzu etdiyini bildirib.

“Sizcə, “Qarabağ” – “Traktor” qardaşlıq matçının keçirilməsinin vaxtı çatıbmı?” sualını Qurban Qurbanov bu şəkildə cavablandırıb:

“Traktor”u ilk çempionluğu münasibətilə təbrik edirəm. Bu barədə hər hansı fikir bildirə bilməyəcəm. Böyük uğur əldə ediblər. Onlarla yoldaşlıq oyunu keçirsək, çox şad olaram. Yəqin ki, nə vaxtsa hər iki klubun rəhbərliyi bu barədə müzakirələr aparar. Biz də sevə-sevə oynamağa hazırıq.

Həmçinin yoxlayın

İsrail Güney Türkmənistanın Ağqala bölgəsində hərbi təyinatlı zavodu vurdu

GADTB: İsrail Hərbi Hava Qüvvələri Türkmənistanın Ağqala bölgəsində bölgəsində hərbi təyinatlı obyektə hava hücumu edib. …

İsrail Ərdəbil və Təbrizdə molla rejimin bazalarını vurub – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bü gün səhər saat 5-də İsrail Ərdəbil bölgəsində …