Çərşənbə axşamı , May 13 2025
azfa

Quzey Azərbaycanın Şəki bölgəsində antik dövrə aid abidələr aşkarlandı –Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Quzey Azərbaycanın Şəki bölgəsinin Fazıl kəndində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar tərəfindən qazıntılar aparılır.

Qazıntı işləri Təpə Başı adlanan ərazidə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik Dövr Arxeologiyası şöbəsi və Qazaxıstanın Berel Arxeoloji Qoruğu arasında imzalanan müqaviləyə əsasən həyata keçirilir.

Araşdırmalar antik dövrün izlərini üzə çıxarıb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Zaur Həsənovun sözlərinə görə, qazıntılar zamanı aşkar edilmiş tapıntılar bir dövrdən digərinə keçidin izlərinə aiddir: “Ancaq keçid prosesində ərazidə yaşayan əhali dəyişməyib, sadəcə yeni mədəni dalğa özünü göstərib. Ərazidə 5 qəbir və 3 qurbangah aşkar edilib. Qəbirlərin müxtəlif dövrlərə aid olduğu ehtimal olunur”.

Ərazidə dron vasitəsi ilə də çəkilişlər aparılır. Qazıntıların foto planları hazırlanır, 3D modeli yığılır. İşlər yekunlaşdıqdan sonra tapıntıların bir qismi ərazidə yerləşən və arxeoloq Nəsib Muxtarov tərəfindən yaradılmış “Əbədi süküt labirinti” muzeyində sərgilənəcək. Eksponatlar həmçinin yerli muzeylərə də təqdim olunub.

Həmçinin yoxlayın

Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək

GADTB: “Bayraqdar Teknoloji Azərbaycan” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının …

Amerikalı senator: “Tehranla razılaşma nüvə proqramının tamamilə ləğvini ehtiva etməlidir”

Dünən Respublikaçı senator Ted Kruz “Fox News”a deyib ki, İranla istənilən razılaşma ölkənin nüvə proqramının …

Bir cavab yazın