Bazar , Sentyabr 19 2021
azfa

Quzey Kıbrısda meşə yanğını

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Girne bölgəsinin Karşıyaka kəndinin cənub -qərb hissəsindəki meşə sahəsi yanmağa başladı.

Saat 12:30 radələrindən başlayan yanğına polis, xilasetmə qrupu, Meşə Müdirliyi, Mülki Müdafiə qrupları, Lapta Bələdiyyəsinə aid su tankerləri, yerli əhali və hərbi personal müdaxilə etdi.

Aldığımız son məlumata görə böyük bir əraziyə yayılan yanğın əsasən nəzarət altına alındı. Bölgədə soyutma işləri davam edir.

Yanğın bölgəsinə gedən Prezident Ersin Tatar səlahiyyətlilərdən məlumat aldı. Tatar açıqlamasında xəbəri alan kimi bölgəyə gəldiyini söylədi.

Yanğının söndürülməsi üçün fövqəladə bir səy göstərildiyini ifadə edən Tatar, “Kəndlilər, muxtar, yanğınsöndürənlər, mülki müdafiə hər kəs buradadır” dedi. Alovların dağın digər tərəfinə keçməsinin qarşısını almaq üçün səy göstərildiyini izah edən Tatar, Türkiyə və Birləşmiş Millətlərə (BMT) də bu mövzuda məlumat verildiyini qeyd etdi.

Baş nazir Ersan Saner də bölgəyə gedərək işləri yerində araşdırdı. Hadisələrin yaxından izlənildiyini ifadə edən Saner, yanğınla əlaqədar Baş nazirlikdə bir böhran masası qurulduğunu ifadə etdi.

Prezident Tatar, Baş nazir Saner, Təhlükəsizlik Qüvvələri Komandanı General -mayor Zorlu Topaloğlu və Xarici İşlər Naziri Tahsin Ertuğruloğlu, helikopterlə havadan yanğın bölgəsini araşdırdı.

Həmçinin yoxlayın

Paşinyan Nyu-Yorkda Ərdoğanla görüş istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının …

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti …