GADTB: Təbriz Universitetinin tələbəsi Sədəf Heydəri bundan əvvəl may ayının 20-də İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı etdiyi paylaşımına görə təhsildən 2 semestr uzaqlaşdırılıb. Bu barədə insan haqları fəalları məlumat yayıb.
Bununla yanaşı, xanım tələbə universitet rəhbərliyinin göstərişi ilə yataqxanadan da çıxarılıb.
Qeyd edək ki, Sədəf Əkbəri bundan əvvəl 2022-ci ilin sentyabr etirazlarında da təzyiqlərə məruz qalıb və həbs edilib.