Şənbə , İyun 22 2024
azfa

Rəisinin ölümü ilə bağlı molla rejimi Əli Reyhani Kücüvarı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Rəisinin ölümü ilə bağlı olunaraq, Əli Reyhani Kücüvarı həbs  edərək Təbrizdə Mərkəzi zindana köçürüb.

Güney Azərbaycanda Sönməz fabriklərinin sahibi və ilin ən yaxşı istehsalçısı Əli Reyhani Kücüvar Rəisi və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında ölümünə reaksiyaya görə həbs edilərək Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.

Azərbaycanlı hüquqşünas cənab Bodi bu xəbəri dərc etməklə mühəndis Reyhaniyə “İbrahim Rəisini təhqir etmə və sisteminə qarşı təbliğ ittihamları irəli sürüldüyünü bildirib.

Bundan öncə isə Əkbər Yusifi rejimin məmurları tərəfindən Məlikkəndidə yaxalanmışdı.

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta Viktoriya Assambleyasının sədri Maree Edvards-a Azərbaycanla parlament dostluq qrupunun ləğvi ilə bağlı məktub ünvanlayıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr …

İran uranın zənginləşdirilməsini qat-qat artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran hökuməti ölkənin ən məxfi nüvə obyektlərindən biri …