Şənbə , Aprel 18 2026
azfa

Rəisinin xalq etirazlarını yatırmaq üçün büdcə ayırdığı üzə çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın qatil prezidenti İbrahim Rəisinin İranda kütləvi tirazları yatırmaq üçün külli miqdarda büdcə ayırdığı üzə çıxıb.

Ələ keçən dövlət sənədlərinə görə, “Qadın, Həyat, Azadlıq” şüarı altında ümumxalq etirazlarının getdiyi bir vaxtda İran prezidenti İbrahim Rəisi küçə etirazlarını və tələbə etirazlarını yatırmaq üçün dövlət büdcəsində 10 trilyon tümən (405 milyon 222 min 872 ₼) vəsait ayırmağa razılıq verib.

 “Devrilənə qədər qiyam” adlı haker qrupu öz sosial şəbəkələrində İran Silahlı Qüvvələrinin Baş Qərargahı, həmçinin SEPAH-a bağlı Sarallah hərbi birləşməsinin Tehrandakı qərargahının İbrahim Rəisinin ofisi ilə məxfi yazışmalarını əldə edərək dərc edib.

Əldə olunan məxfi sənədlər hələ “Əxlaq” polisi tərəfindən hicaba görə Məhsa Əmi adlı gənc qızın öldürülməsi ilə ötən il dekabrın əvvəlində başlayan kütləvi etirazlarla bağlıdır.

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …