Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Rəsmi Bakı çağırış edib: Azərbaycan mina çirklənməsindən ən çox zərər çəkmiş ölkələr sırasında qalmaqdadır

GADTB:  “4 aprel – Mina Təhlükəsi və Minatəmizləmə Fəaliyyətinə Dəstək üzrə Beynəlxalq Gün münasibətilə Azərbaycan minaların yaratdığı ağır humanitar təsirlərin aradan qaldırılmasına sadiqliyini bir daha təsdiqləyir”.

Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında yayılan bəyanatda deyilir.

Bəyanatda deyilir:

“Azərbaycanda minalar və partlamamış hərbi sursatlar insan həyatı üçün ciddi təhlükə yaratmaqda davam edir, bərpa işlərini ləngidir və məcburi köçkünlərin təhlükəsiz qayıdışına mane olur.

Azərbaycan mina çirklənməsindən ən çox zərər çəkmiş ölkələr sırasında qalır.

Biz beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmə fəaliyyətlərinə və zərərçəkənlərə yardımın gücləndirilməsinə çağırırıq.

Minalardan azad gələcək dayanıqlı sülh, inkişaf və insan təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır”.

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …